Qadın boksçularımız ilk dəfə Avropa çempionatında

qadin-bokscularimiz-ilk-defe-avropa-cempionatinda-
Oxunma sayı: 642

Siasport.az saytı xəbər verir ki, 10 çəki dərəcəsi üzrə keçiriləcək yarışda Azərbaycanı 3 idmançı təmsil edəcək. Bunlar Ayzanat Hacıyeva (60 kq), Yelena Vıstropova (69 kq) və Leyla Cavadovadır (75 kq).
Qeyd edək ki, Vıstropova bu yaxınlarda Ukraynanın Nikolayev şəhərində keçirilmiş beynəlxalq turnirdə gümüş medala layiq görülüb. Avropa çempionatı 2500 tamaşaçı tutumuna malik “Topsportcentre” İdman Kompleksində təşkil olunacaq. Bu arena “Feyenoord” futbol klubunun ev oyunlarını keçirdiyi “De Kuip” stadionunun yaxınlığında yerləşir. Qitə çempionatında ölkəmizi hakim kimi Olimpiya oyunlarının bürünc mükafatçısı Fuad Aslanov təmsil edəcək. Qadınlardan ibarət yığma komandamızın debüt edəcəyi Avropa çempionatına oktyabrın 22-də yekun vurulacaq.