Qadın futbolçular arasında kütləvi dava - Video

qadin-futbolcular-arasinda-kutlevi-dava
Oxunma sayı: 1875

Qadın futbolçular arasında Türkiyə çempionatının III Liqasında XIV qrupun “Yeni Burduspor” – “Antalya Demirspor” matçının son dəqiqələrində kütləvi dava olub.

“Qafqazinfo” xəbər verir ki, meydan sahiblərinin 4:1 hesabı ilə öndə olduğu vaxt meydanda gərginlik yaranıb. Ehtiyat oyunçular skamiyasında yer alanların da müdaxiləsindən sonra qarşıdurma şiddətlənib. Məşqçilərin və polisin müdaxiləsindən sonra dava edən futbolçuları ayırmaq mümkün olub. Lakin görüş yarımçıq dayandırılıb.

Aldıqları zərbələrdən huşlarını itirən qonaq komandanın üzvləri Qaye Urqan və Zeynəb Ağgün Burdur Dövlət Xəstəxanasına aparılıblar.