Qadın hüquq müdafiəçisi azadlıqdan məhrum edildi

qadin-huquq-mudafiecisi-azadliqdan-mehrum-edildi
Oxunma sayı: 629

İranda tanınmış hüquq müdafiəçisi Mənsurə Bekiş 4,5 il müddətinə azadlıqdan məhrum edilib. İran kütləvi-informasiya vasitələrinin məlumatına görə, o, dövlət əleyhinə təbliğatda, milli təhlükəsizlik əleyhinə çıxışlarda ittiham olunaraq günahkar bilinib.

Mənsurə Bekiş 2009-cu ildə hökumət əleyhinə keçirilən aksiyalarda ölən, həbs olunan və itkin düşənlərin analarını birləşdirən hüquq-müdafiə təşkilatı yaradıb.

Artıq bir neçə beynəlxalq hüquq-müdafiə təşkilatı İran hakimiyyətindən Mənsurə Bekişi azadlığa buraxmağı tələb edib.