“Qadın kişisiz heç nədir” - Məşhurlar kampaniyaya qoşuldu

qadin-kisisiz-hec-nedir
Oxunma sayı: 9858

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Əhali Fondu (“UNFPA Azerbaijan”) “Qadınlara və qızlara qarşı zorakılığa son” adlı kampaniya keçirib. 

“Qafqazinfo”nun məlumatına görə, Fondun bəyanatında bildirilir ki, gender əsaslı zorakılıq təkcə qadınların problemi deyil, bu, ümumbəşəri pandemiyadır. Onun qarşısının alınmasında kişilər və oğlanların rolu danılmazdır.

Kampaniyaya qoşulan məhşur kişilər gender əsaslı zorakılığa bəraət qazandıran stereotiplərə qarşı çıxaraq, bu stereotiplərin absurdluğunu vurğulayıblar.

Kampaniyada kinorejissor Ayaz Salayev, idmançı Zabit Səmədov, xanəndə Alim Qasımov, müğənni Miri Yusif, aktyor Fəxrəddin Manafov və Tahir İmanov və digər tanınmışlar iştirak ediblər.

Posterlərlə siz də tanış olun.