Qadın Liderlərin Beynəlxalq Konfransı öz işini başa çatdırıb

Qadın Liderlərin Beynəlxalq Konfransı öz işini başa çatdırıb
Oxunma sayı: 165

YUNESKO-nun dəstəyi ilə keçirilən konfransın yekun bəynnaməsində bütün ölkələr, hökumətlər elmdə, texnologiyada və innovasiyarda qadınların rolunun artırılması istiqamətində daha böyük səylər göstərməyə çağrılıb.

Konfransın sonuncu günü millət vəkili Qənirə Paşayeva konfrans iştirakçıları ilə Görüş və fikir mübadiləsi zamanı onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb, Ermənistanın bu gün də insan haqqlarını pozması barədə məluamt verib. Nillət vəkili həmçinin onların nəzərinə çatdırıb ki, Ermənistan işğal etdiyi torpaqlarda soyqırımlar törədib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinə rəsmi İrəvan məhəl qoymayıb.
Q. Paşayeva dinc əhalinin atəşkəs rrejiminin pozulmasından əziyyət çəkməsindən də danışıb. O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin 8 mart beynəlxalq qadınlar bayramı günündə Ağdam rayonunun 9 yaşlı sakini Fariz Bədəlovun həyatına son qoyması faktı bunu sübut edir.
Millət vəkili onlara Azərbaycan həqiqətlərinə dair çoxlu sayda materiallar, kitablar və sənədli filmlər də təqdim edib və Azərbaycana dəvət edib.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi