Qadın nazir doğuşa velosipedlə getdi - Foto

qadin-nazir-dogusa-velosipedle-getdi
Oxunma sayı: 3290

Yeni Zelandiyanın qadınlardan məsul naziri Culi Enn Center doğuş etmək üçün xəstəxanaya velosipedlə gedib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkədə fotosunu paylaşan nazir “Doğuşu asanlaşdırmaq üçün son həftələrimdə daha çox velosipedə minsəydim, deyəsən, daha yaxşı olacaqdı” yazıb. “Yaşıllar Partiyası”nın üzvü olan Center ölkədə nəqliyyat vasitəsi kimi velosipeddən daha çox istifadə edilməsinin tərəfdarıdır. 

Qeyd edək ki, Culi Enn center vəzifə başında olarkən körpə dünyaya gətirən qadın siyasətçilərdən üçüncüsüdür.