Qadın niyə özünü öldürmək istədi?

Qadın niyə özünü öldürmək istədi?
Oxunma sayı: 3465

Bakıda qadın ərinin ona uşağın dayəsi ilə xəyanət etdiyinə görə özünü öldürmək istəyib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, səhər saat 09 radələrində 1984-cü il təvəllüdlü K.Hüseynova yaşadığı evdə çoxlu dərman içərək özünü öldürmək istəyib. O, xəstəxanaya yerləşdirilib və həyatını xilas etmək mümkün olub. 

K.Hüseynova qeyd edib ki, əri, 1984-cü il təvəllüdlü Ş.Hüseynov ona evdə dayə işləyən 1992-ci il təvəllüdlü B.Mustafayeva ilə xəyanət edib. Buna dözməyərək özünü öldürmək istəyib.

***

İntihara cəhd edən qadın “Qafqazinfo” ilə əlaqə saxlayaraq səbəbin xəyanət olmadığını deyib: “Hadisə xəbərdə yazılan kimi olmayıb. Məsələ belə olub ki, o dayə mənim şəkillərimi ərəblərə göndərib və məni əxlaqsızla məşğul olan qadın kimi təqdim edib. Buna görə də polisə şikayət etmişik”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi