Qadın onu bıçaqlayan ərini bağışladı - Hakim isə 11 il iş verdi

Qadın onu bıçaqlayan ərini bağışladı
Oxunma sayı: 1141

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Səbuhi Rəhimova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə S.Rəhimov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xətai rayonu NZS qəsəbəsində yaşayan S.Rəhimov 2017-ci il may ayında həyat yoldaşı 27 yaşlı Aynur Rəhimovanı döyüb. Başından müxtəlif xəsarətlər alan A.Rəhimova yerləşdirildiyi xəstəxanada qalmaq istəməyib və gecəykən evinə qayıdıb. Bu zaman ər-arvad arasında yenə mübahisə düşüb və içkili olan S.Rəhimov bu dəfə A.Rəhimovaya çoxlu bıçaq zərbəsi vurub. O, təkrar xəstəxanaya yerləşdirilib, həkimlər qadının həyatını xilas edə biliblər. A.Rəhimova yenə də ərindən şikayətçi olmayıb, S.Rəhimov adam öldürməyə cəhddə ittiham edilib. Məhkəmədə çıxış edən A.Rəhimova əri ilə barışdığını bildirib.

Onların birgə nikahdan 2 azyaşlı övladı var.

Murad Əhməd
 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi