Qadın özünü 17-ci mərtəbədən atdı - Video

qadin-ozunu-17-ci-mertebeden-atdi
Oxunma sayı: 3689

Bakıda intihar hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində qeydə alınıb. 30-35 yaşlarında qadın özünü 17-ci mərtəbədən atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisənin motivi hələlik məlum deyil.
 
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.