Qadın özünü oğlu ilə birgə çaya atmaq istədi

qadin-ozunu-oglu-ile-birge-caya-atmaq-istedi
Oxunma sayı: 1664

Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özlərini çaya atmağa cəhd göstəriblər.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb. Onlar İmişli RPŞ-yə təhvil veriliblər.

Araşdırma aparılır.