Qadın özünü yandırdı

qadin-ozunu-yandirdi
Oxunma sayı: 650

Lent.az-ın məlumatına görə, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, ev 1155-də 1959-cu il təvəllüdlü İsmayılova Zərifə Musa qızı intihar edib. 53 yaşlı qadın üzərinə benzin töküb, özünə od vurub. Yaxınlarının cəhdinə baxmayaraq, Z.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.


Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.


Qeyd edək ki, intihar etmiş qadın ailəli olub, övladları, nəvələri var.