Qadın polisin bu hərəkəti hər kəsi duyğulandırdı

qadin-polisin-bu-hereketi-her-kesi-duygulandirdi
Oxunma sayı: 7593

Argentinada yenicə doğuş etmiş qadın polis Keleste Ayala dünya mediasının gündəminə çevrilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, qadın polis xəstəxanada acından ağlayan 8 aylıq uşağı əmizdirərək hər kəsi duyğulandırıb. İşlərinin çoxluğu səbəbindən körpə ilə maraqlana bilməyən tibb işçilərindən icazə alan Keleste elə dəhlizdəcə uşağa süd verib.

Həmkarı tərəfindən şəkli çəkilən Ayala qısa müddətdə dünyanın hər yerindən tərif və təşəkkür dolu məktublar alıb. Ayalanın fotosunu sosial şəbəkədə paylaşan həmkarı “Heç tərəddüd etmədən anası kimi davrandın. Kirindən və pis qoxusundan narahat olmadın. Bu, hər gün rast gəlinən davranış deyil” yazıb. 

Daha sonra məlum olub ki, uşaq səbəbi bilinməyən məhkəmə qərarıyla anasından alınıb. Daha sonra o, bibilərinə təhvil verilib.