“Qadın qadını necə belə əzə bilər?”

qadin-qadini-nece-bele-eze-biler
Oxunma sayı: 2297

Əməkdar artist Röya Ayxan bu dəfə instaqramda yazdığı şərhlə gündəmə gəlib.  “Qafqazinfo” xəbər verir ki, müğənni xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan qalmaqalına münasibət bildirib. 

Sənətçi hər iki məşhur barədə danışan və özünü jurnalist kimi qələmə verən Sara adlı xanımın "Bizimshowxeber" instaqram səhifəsində yayılan  videosuna şərh yazıb. Mətbuat nümayəndəsi  videoda müğənnilərin əksəriyyətinin məşuqunun olduğunu iddia edib. 

Röya isə müzakirələrə səbəb olan posta rəy verib: “Şokdayam, bu nə danışıqdır? Qadın qadını necə belə əzə bilər? Nə yaxşı ki, vaxtında uzaqlaşdım. Görün, bizim sənəti nə qədər alçaq tutur. Adam deyərlər ki, sən hardan bilirsən, ay anam, ay babam?”.