Qadın sahibkarların əl işləri - Fotolar

Qadın sahibkarların əl işləri
Oxunma sayı: 793

Ölkədə qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun artırılması, bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi, əl işlərinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların əl işlərindən ibarət “Kiçik sahibkarların yaratdıqları” sərgisi təşkil olunub. 

“Qafqazinfo” xəbər verir ki, sərgidə 100-dən çox sahibkarın əl işləri - rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar, eləcə də geyimlər, müxtəlif məişət əşyaları, musiqi alətləri və s. nümayiş olunur.

Böyük maraqla qarşılanan sərginin ziyarətçiləri arasında dövlət qurumlarının, təhsil, mədəniyyət və incəsənət müəssisələrinın, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və s. var.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi