“Qadın siyasətçilərimiz türk dünyasının güclənməsinə öz töhfələrini verə bilərlər”

qadin-siyasetcilerimiz-turk-dunyasinin-guclenmesine-oz-tohfelerini-vere-bilerler-
Oxunma sayı: 648

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, bu əlaqələrin güclənməsinə türk qadınları da böyük töhfələr verə bilər. Onun sözlərinə görə, 3-4 oktyabrda Bakı şəhərində türkdilli ölkələrin qadın siyasətçilərinin beynəlxalq konfransının keçirilməsi buna bir nümunədir.

«Hesab edirəm ki, biz qadınların fəal əməkdaşlığı türk dünyası üçün əhəmiyyətli ola bilər. İstəyirik ki, bu təşəbbüsümüz yalnız bir tədbirlə yekunlaşmasın, bunun davamı olsun. Bu baxımdan, konfransda hansısa sənədin qəbulu gözlənilir və gələcək əməkdaşlıq üçün qərar qəbul oluna bilər»- deyə M.İbrahimqızı vurğulayıb.