Qadın uşağı iplə bağlayıb küçədə sürüdü - Qandonduran olay + Video

Qadın uşağı iplə bağlayıb küçədə sürüdü
Oxunma sayı: 3358

İngiltərənin Liverpul şəhərində qandonduran hadisə qeydə alınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Co Çapin adlı şəxs bir qadının uşağın boynuna ip bağlayaraq sürüdüyünü görüb. O, dəhşətli hadisəni lentə alaraq sosial mediada paylaşıb.

Ətrafda bunu görən heç kimin qadına reaksiya göstərməməsi ciddi müzakirələrə səbəb olub.

Bəzi sosial media istifadəçiləri yerdə sürünənin uşaq olmadığını və hərəkətsiz qaldığı üçün kuklaya oxşadığını bildiriblər.

Faktla bağlı polis araşdırma aparır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi