Qadına hücum çəkib çantasını oğurladı

Qadına hücum çəkib çantasını oğurladı
Oxunma sayı: 534

Ağdaş şəhər sakini bir qadın piyada yaşadığı evə gedərkən naməlum şəxs ona hücum edib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, həmin şəxs qadına yaxınlaşaraq, zor tətbiq edib içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan  çantasını alaraq qaçıb.

Hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib.  Onun ötən ilin dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə  içərisində ümumi dəyəri 1832 manat olan pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkar edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

 Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi