Qadını 5 dəqiqədə necə yola gətirmək olar? - Şeyxdən məsləhət

qadini-5-deqiqede-nece-yola-getirmek-olar
Oxunma sayı: 7042

Səudiyyə Ərəbistanının şeyxi Eid əl-Karni qadını 5 dəqiqəyə ram etməyin yollarını açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, şeyx bununla bağlı jurnalistlərlə keçirdiyi mətbuat konfransında danışıb. "Kədərlənmə" adlı dünyanın 30 dilinə tərcümə olunmuş bestsellerin müəllifi olan Eid ailədə kişinin həyat yoldaşı ilə münaqişədən uzaqlaşması üçün konfransda belə çıxış edib: 

"Təkcə Eynşteynlə Nyuton böyük ixtiralar etmək gücündə deyil. Şərq kişilərinin də bu sahədə təcrübəsi var. Məsələn, mən "Ailə həyatı üçün möcüzəvi vasitələr"imi kəşf etmişəm".
"Xanımınızla hər hansı problem yaranıbsa, ona cavab qaytarmayın. Səsinizi yüksəldərək onu qorxudub, hədələməyin. Ona "Kəs səsini, sən düz demirsən" sözlərini işlətməyin". 

"Qadını dinləmək lazımdır - bu imkanı ona verin. O, danışarkən kompüterə, telefona gözünüzü zilləməyin. Ona təslim olun. Yüngülcə başınızla dediklərini təsdiqləyin və sakitcə oturun Haqlı olsanız belə, heç bir halda ona cavab verməyin".

"Sən tamamilə haqlısan" söyləyin. Söz verirəm, bu bir də təkrarlanmayacaq. Allah xətrinə, məni bağışla.Məni şeytan yoldan çıxardı, səhv etmişəm. Peşmanam - bu sözlərdən istifadə edin". 

"Qadın hər zaman emosionaldır. Onu hisləri idarə edir. O, kişilərdən daha mərhəmətlidir. Qadın özü xəstə olsa belə, yorğun olan yaxınına yardım göstərməkdən çəkinmir. Uşaq böyüdür, onun qayğısına qalır. Ərinin də qayğısını çəkir, ona qulluq edir. Bu səbəblərə görə onun qarşısında təslim olun və etiraz etməyə çalışmayın".