Qadını əkin sahəsində işləyərkən ilan sancdı

qadini-ekin-sahesinde-isleyerken-ilan-sancdi
Oxunma sayı: 637

Qazax rayon sakinini ilan sancıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Birinci Şıxlı kənd sakini, 1960-cı il təvəllüdlü Sevinc İsgəndər qızı Vəliyeva əkin sahəsində işləyən zaman ilan onun əlindən sancıb.

Qadın dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.