Qadını maşın vurdu, xəstəxanada öldü

qadini-masin-vurdu-xestexanada-oldu
Oxunma sayı: 1454

Gəncə şəhəri İmamzadə yolunda qadını avtomobil vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Hərəkətdə olan “Toyota” markalı avtomobil təxminən 30-35 yaşlarında olan qadını vurub. Sürücü qadını xəstəxanaya aparsa da, onu xilas etmək mümkün olmayıb.

Hazırda qadının kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Elmar Əli