Qadını öldürüb küçəyə atdılar

qadini-oldurub-kuceye-atdilar
Oxunma sayı: 644

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən Biləcəri qəsəbəsi Əhməd Qasımov küçəsi, 24-ün qarşısında olub.

Qubadlı rayonundan məcburi köçkün olan 38 yaşlı Vəfa Səmərqənd qızı Musayevanın çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti küçənin ortasından tapılıb.

Ailəli olan Musayevanın kim tərəfindən və nə səbəbdən qətlə yetirilməsi polis və prokurorluq əməkdaşları tərəfindən araşdırılır.