Qadını ölümlə hədələyən şəxsdən silah götürüldü

qadini-olumle-hedeleyen-sexsden-silah-goturuldu
Oxunma sayı: 787

Ağsu rayonunun Ağabəyli kənd sakini R.Yolçuyevdən müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb. 

“Qafqazinfo” xəbər verir ki, Yolçuyev həmin tüfənglə qadın həmkəndlisini öldürəcəyi ilə hədələyibmiş. 

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən R.Yolçuyevin evinə baxış keçirilib, bu zaman müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilib.