Qadını “Otoyol”la vurub öldürdü

qadini-otoyolla-vurub-oldurdu
Oxunma sayı: 1587

Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 16-da saat 8 radələrində qeydə alınıb. 

Ağstafa rayon sakini E.Hüseynov idarə etdiyi “Otoyol” markalı avtobusla həmyerlisi İradə Tanrıverdiyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.