Qadını qorxudaraq öldürən oğru 10 il həbs cəzası aldı

qadini-qorxudaraq-olduren-ogru-10-il-hebs-cezasi-aldi
Oxunma sayı: 1623

ABŞ-ın Men ştatında Karlton Yanq adlı oğru 10 il həbsə məhkum edilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, oğurluq üstündə yox, girdiyə evdə qadını qorxutduğu üçün tutulub. 62 yaşlı Konni Luks evinə oğurluq məqsədilə pəncərədən girən Yanqı qarşısında görüncə qorxudan infarkt keçirərək dünyasını dəyişib.

Bu səbəbdən Karlton “düşünülməmiş” ölümə görə 10 il məhkumluq həyatı yaşayacaq.