Qadını şantaj edənə hökm oxundu

Qadını şantaj edənə hökm oxundu
Oxunma sayı: 828

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını rüsvayedici məlumatlar yayacağı ilə şantaj etməkdə təqsirləndirilən Pünhan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"”Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə P.Abdullayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, P.Abdullayev bu il aprelin 17-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini olan qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan 1500 manat pul alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi