Qadını zorlamaq istədi, qonşular köməyə gəldi - Bakıda

qadini-zorlamaq-istedi-qonsular-komeye-geldi
Oxunma sayı: 8657

Bakıda qadını zorlamaq istəyən şəxsi qonşular zərərsizləşdirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dünən gecə saatlarında Xəzər rayonu, Qala qəsəbəsində baş verib.

İşdən evə qayıdan gənc qadına həmin məhəllədə fəhlə işləyən S. Quliyev hücum edib. O, qadını zorlamaq üçün təzyiq edib. Təcavüzə məruz qalan qadının səs-küyünə gələn qonşular onu fəhlənin əlindən ala biliblər. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları S.Quliyevin ifadəsini alandan sonra sərbəst buraxıblar. Hazırda Qala qəsəbəsinin sakinləri PB-nin həyətinə toplaşıb həmin şəxsin həbs olunmasını tələb edirlər.