Qadını zorlayıb öldürənə 20 il həbs tələbi

Qadını zorlayıb öldürənə 20 il həbs tələbi
Oxunma sayı: 1078

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlayıb sonra öldürməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevə cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək F.Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Hadisə 2017-ci il avqustun 7-də Sumqayıt şəhərindı baş verib. 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü, 2 uşaq anası olan Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Zorlama zamanı S.Bayramova qışqırıb. Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb və meyitini orada qoyaraq qaçıb.

F.Nuriyev də ailəlidir və 1 övladı var. O, Sumqayıtda 10 saylı məktəbdə idmanla bağlı məşqlər edirmiş.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi