Qadını zorlayıb öldürənlərə ağır cəza verildi

qadini-zorlayib-oldurenlere-agir-ceza-verildi
Oxunma sayı: 1720

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlayaraq öldürməkdə təqsirləndirilən Dimitriy Razumniy və Samir Zenyukovun məhkəməsi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə kollegiyasının hökmü ilə D. Razumniy 18 il və S.Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci il aprelin 30-da “Qız Qalası”nın yaxınlığında qadın meyiti tapılıb. Məlum olub ki, vəfat edən Yelena Sandrandinova ətrafdakı binalardan birində yaşayan Rusiya vətəndaşı Samir Zenyukov və Dmitriy Razummıy tərəfindən zorlanaraq öldürülüb. Öz evlərində qadınla birgə yeyib-içəndən sonra Zenyukov Yelena ilə cinsi münasibətdə olmaq istəyiblər. Yelena etiraz edərək dəhlizə çıxıb. Samir onun arxasıyca çıxaraq qadını döyüb. Sonra dostu Dmitriy ilə birgə onu soyundurub divana uzadıblar. Özündən gedən Yelenanı Samir zorlayaraq yatıb. Gecə saat 4 radələrində Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi münasibətdə olmaq istəyərkən onun öldüyünü bilib. Dmitriy ilə birlikdə qadının paltarlarını əyninə geyindirərək Yelenanın cansız bədəninin evdən çölə çıxardaraq həyətin kücünə qoyublar.

Onlar adam öldürmə və zorlama maddəsinin bir neçə bəndi ilə ittiham ediliblər. Adıçəkilən hər 3 şəxs "bomj" həyatı yaşayıb.

Murad Əhməd