Qadını zorlayıb öldürməkdə təqsirləndirilənə hökm oxundu

Qadını zorlayıb öldürməkdə təqsirləndirilənə hökm oxundu
Oxunma sayı: 2317

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlayıb sonra öldürməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə F.Nuriyev 20 il müddətinə azadlıqdan məhrum edilib. 

Hadisə 2017-ci il avqustun 7-də Sumqayıt şəhərində baş verib. 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü, 2 uşaq anası olan Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Zorlama zamanı S.Bayramova qışqırıb. Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb və meyitini orada qoyaraq qaçıb.

F.Nuriyev də ailəlidir və 1 övladı var. O, Sumqayıtda 10 saylı məktəbdə idmanla bağlı məşqlər edirmiş.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi