Qadının çürümüş cəsədi tapıldı

qadinin-curumus-cesedi-tapildi
Oxunma sayı: 2186

Bakıda qadının çürümüş meyiti tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, polis əməkdaşları iyulun 26-da saat 18:45 radələrində meyiti şəxsin yaşadığı mənzildə aşkar ediblər.

Üzeyir Hacıbəyov küçəsi ev 33/35, mənzil 9 ünvanına keçirilən baxış zamanı 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovanın üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb. Onun skeletləşmiş meyiti uzun müddət qaldığından demək olar ki, tam çürümüş vəziyyətdə olub. 

Qonşuların bildirdiyinə görə, Q.İvanovnadan 1 ilə yaxındır xəbər yox imiş. O, həmin mənzildə tək yaşayıb.

Murad Əhməd