Qadının ərinə xəyanəti... - Qalmaqallı film təqdim olundu

Qadının ərinə xəyanəti...
Oxunma sayı: 3240

Ötən gün “İkinci Pərdə” filminin premyerası baş tutub. “Qafqazinfo” xəbər verir ki, baş prodüseri Orxan Mərdan, rejissoru Emil Quliyev olan filmin qala gecəsi “Park Sinema”da reallaşıb. 

Təqdimatda filmin qəhrəmanları ilə yanaşı kino dünyasının tanınmış simaları iştirak edib. Yaradıcı heyət daha sonra kamera qarşısına keçiblər, mətbuat nümayəndələrinin suallarını cavablandırıblar. Rejissor Emil Quliyev deyib ki, “İkinci Pərdə” filmi birinci böyük layihəsi olan “Pərdə”dən daha çox uğur qazanacaq. 

Bu məqamda bildirək ki, film ərinə dostuyla xəyanət edən qadından bəhs edir.  

Qeyd edək ki, rejissorun daha öncə çəkdiyi “Pərdə” filmi qohum evliliyi, övlad-valideyn münasibətləri kimi ağır sosial mövzülara toxunmuş və izləyicilər tərəfindən birmənalı qarşılanmamışdır.

Fotolar: Nuran Məmmədov
























Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi