Qadının meyiti evində tapıldı

qadinin-meyiti-evinde-tapildi
Oxunma sayı: 1021

Sumqayıtda mənzildən qadın meyiti aşkarlanıb.

“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Atakişiyeva Raifət Şahbuz qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.