Qadının meyiti mənzilində tapıldı

qadinin-meyiti-menzilinde-tapildi
Oxunma sayı: 644

Gəncədə mənzildə 83 yaşlı qadının meyiti tapılıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Cəlilova Almaz Bəhram qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:26-da başa çatıb.