Qadının telefonunu oğurlayan tutuldu

Qadının telefonunu oğurlayan tutuldu
Oxunma sayı: 346

Noyabrın 12-də Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxs paytaxt sakini olan bir qadının 550 manat dəyərində “Samsung” markalı mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci Patrul Bölüyünün əməkdaşlarına məlumat verib.

Cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Emil Məmmədov polis serjantı Orxan Ağcayev tərəfindən hadisə yerindən 300-400 metr kənarda saxlanılaraq zərərsizləşdirilib. Onun üzərindən qadına aid mobil telefon aşkar olunub və sahibinə qaytarılıb. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi