Qadının üstündən narkotika çıxdı

qadinin-ustunden-narkotika-cixdi
Oxunma sayı: 651

Sabunçu RPİ CAŞ və NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - Ramilə Bağırova, Habil Babayev və Azər Bağırov 0,381 qram heroini satmaq istəyərkən yaxalanıblar. Üzərilərinə baxış keçirilərkən R. Bağırovadan 0, 369 qram, H. Babayevdən 2, 098 qram və A. Bağırovdan 2, 158 qram heroin aşkar olunaraq götürülüb.

Yanvarın 31-i saat 18:50 radələrində Kürdaxanı – Pirşağı yolunda Bakı şəhər sakini Etibar Nəzirməmmədov idarə etdiyi «Opel Vectra» markalı avtomaşınla Tahir Nuriyevi və həyat yoldaşı Mahirə Nuru qızını vurub. Nəticədə M. Nuriyeva hadisə yerində ölüb, T. Nuriyev isə xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əli Hüseynovdan 100 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hafiz Ağaverdiyevdən 0, 53 qram marixuana aşkar olunub, ona narkotik maddəni satan, əvvəllər məhkum olunan Abdul Çopurov tutulub və ondan 6, 20 qram marixuana aşkar olunaraq götürülüb. Daha sonra A. Çopurova narkotik maddə satan Babək Əliyev tutulub və ondan 6, 38 qram marixana aşkar olunub.