Qadınlar 70 yaşlı kişini döydü - Göygöldə

qadinlar-70-yasli-kisini-doydu
Oxunma sayı: 644

Göygöldə döyülmə faktı qeydə alınıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
 
Daşkəsən rayon sakini 1947-ci il təvəllüdlü Əliyev Əli kənddə olan bağ sahəsində iki qadının heyvan otardığını görüb. Onlara etiraz edən kişi qadınlar tərəfindən ağacla döyülüb. Müxtəlif bədən xəsarətləri alan 70 yaşlı Ə. Əliyev xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.