Qadınlar ailə fəlakət planını hazırladılar

qadinlar-aile-felaket-planini-hazirladilar
Oxunma sayı: 643

“Qadınlar Arasında Həmrəylik” İctmai Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, təlimi iştirakçıları hər biri ayrı-ayrılıqda öz ailəsi üçün Ailə Planı hazırlayıb. Planda əsasən ailə üzvüləri, ailə təəsrüfatı, fövaladə hallar zamanı lazım olacaq vacib əlaqələr, Qohum-qonşular barədə məlumat, fövqaladə hallar zamanı atılacaq addimlar, ilkin tibbi ləvazimat və dərmanlar və evlərinin təxliyyə planlarının hazırlayıblar. Ümumilikdə təlimlərdə 8 kəndi əhatə etməklə təlimlərdə 71 qadın iştirak edib. Təlimlər qadınlar tərəfindən maraqla qarşılanıb və onlar təlimlərin vacib olduğunu qeyd edbilər.
Təlimlər “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi “Gender fəaliyyətlərini fəlakət riskinin azaldılması proqramına inteqrasiya etmək” layıhəsi çərçivəsində keçirilib. Layihə Oxfam Beynəlxalq Humanitar Təşkilatının dəstəyi ilə həyata keçirilir.
“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi 2002-ci ildən fəaliyyət göstərir. Məqsədi ictimai həyatda və qərarların qəbulunda qadınların rolunun artırılması, onların problemlərinin həll edilməsidir.