Qadınlar aktyoru döydülər - Bakıdakı teatrda dava

Qadınlar aktyoru döydülər
Oxunma sayı: 2362

İrəvan Dövlət Azərbaycan Dram Teatrında dava düşüb.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə ölkə.az-a teatrın aktyoru Elçin Hacılı məlumat verib. Onun sözlərinə görə, teatrın texniki işçiləri tərəfindən döyülüb:

“Məni şərləmək istəyirlər. Amma niyə belə etdiklərini bilmirəm. Üç-dörd qadın - Nərminə Ağayeva, Sevinc Hüseynova və tanımadığım başqa qadınlar məni otağa salıb, üstümə cumdular. Nə baş verdiyini anlamadım”.

Hadisə vaxtı direktor İftixar Piriyev də teatrda olub. Direktorun üstünə təcili yardım çağırılıb.

***

“Qafqazinfo” mövzu ilə bağlı teatrla əlaqə saxlayıb. Bildirilib ki, hadisə ilə bağlı danışacaq məsliyyətli şəxslər iclasdadır. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi