Qadınlara 5 ay təlim keçiriləcək

qadinlara-5-ay-telim-kecirilecek
Oxunma sayı: 649

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, beş ay davam edəcək layihə Bakı şəhərini, Lənkəran, Quba, Zaqatala və Şamaxı rayonlarını əhatə edəcək.

ABİA-nın icraçı direktoru, layihənin rəhbəri Sevinc İsgəndərova bildirib ki, ilk olaraq layihə çərçivəsində bu gün Şamaxı rayonunda 50-yə yaxın ictimai sektorda çalışan, dini icmaların nümayəndələri olan qadın və qızların eləcə də evdar xanımların iştirakı ilə təlim keçirilib.

Təlimdə qadınların ictimai sektorda iştirakının vacibliyi qeyd etməklə yanaşı, onların hüquqlarının qorunması, xüsusilə, həssas problem olan erkən nikah məsələsində hüquqlarının qorunması ilə bağlı müzakirələr keçirilib.

Təlim iştirakaçıları qadınların söz azadlığının olmamasına, qızların erkən yaşında məcburən ailə qurmasına və hüquqlarını bilmədən məişət zorakılığna məruz qalmasını bu regionlarda hələ də problem olaraq qaldığını qeyd ediblər. Bununla bağlı Aktiv Qadınların Əməkdaşlıq Şəbəkəsinin yaranmasına dəstək olaraq bu şəbəkənin regionda fəaliyyət göstərməsinin vacib olduğunu bildirərək şəbəkənin bu növ təlimlərin sıx-sıx keçirilməsinə və qadınların ictimai fəaliyyətə cəlb edilməsində boyük rol oynayacağını vurğulayıb.

Layihədə eləcə də Ağsu, Göyçay, İsmayıllı və Ağdaş rayonundan olan xanımlar da iştirak edib.