“Qadınlara qarşı zorakılıqla sərt mübarizə aparmalıyıq”

qadinlara-qarsi-zorakiliqla-sert-mubarize-aparmaliyiq
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri millət vəkili Qənirə Paşayeva ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında qadınlara qarşı zorakılığının aradan qaldırılmasına həsr edilmiş tədbirdə deyib. Azərbaycanda məişət zorakılığına qarşı mübarizə istiqamətində qanunun qəbulunu yüksək qiymətləndirən millət vəkili məişət zorakılığı hallarının bütün dünyada baş verdiyini vurğulayıb. Qənirə Paşayeva bildirib ki, qadınlara qarşı zorakılıqla sərt mübarizə aparan ölkələrin təcrübəsi göstərir ki, müsbət nəticələr əldə etmək olur: “Biz bununla bağlı maarifləndirmə işlərini daha da sürətləndirməliyik. Məktəblərimizdən başlayaraq kiçik yaşlarından gələcəyin kişiləri olacaq oğlanlarımıza və gələcəyin qadınları olacaq qızlarımıza məişət zorakılığının nə qədər dəhşətli bir insan haqları pozuntusu olduğunu öyrətməliyik. Televiziyalarda, mətbuatda bu mövzuya geniş yer verilməlidir və bölgələrdə maarifləndirmə işlərini daha da artırmalıyıq. Bununla yanaşı zorakılıq törədənlərə qarşı sərt cəza mexanizmlərini işə salmalıyıq və zorakılıq qurbanlarının dövlət tərəfindən mühafizə olunması işini sürətləndirməliyik”.

Fatimə Kərimli