“Qadınlardan sui-istifadə edirlər…” - Kişiləri tənqid etdi

qadinlardan-sui-istifade-edirler
Oxunma sayı: 1376

“Kişinin xanıma qarşı münasibəti ciddi olmalıdır. Qeyri-ciddidirsə, bunu deməlidir. İndiki dövrdə kişilər qadınlardan sui-istifadə edirlər”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Xüsusi layihə” proqramında müğənni Səidə Sultan deyib.Sənətçi efirdə bəyləri tənqid edib:

“Çox qızlar evlilik adı ilə görüşürlər və sonda oğlan deyir ki, bağışla, məni evdən başqası ilə evləndirirlər. Mən heç vaxt ailə qurmaq həvəsində olmamışam, bunu önəmli saymamışam. Bacılarım evlənəndən sonra ailə mənim üçün maraqlı olmağa başladı. Arzu etmişəm ki, sevdiyim birinə ərə gedim.

Düzdü, mənimlə evlənmək istəyənlər olurdu, lakin mənim onlara qarşı bir hissim yaranmırdı. Alan məni olduğu kimi qəbul edəcək. Mənim haqqımda pis danışanların özləri işlərini gizli görürlər. Bəlkə də, onların elədiklərinə ağzı açıq baxaram. Hər kəsi olduğu kimi qəbul etmək lazımdır”.