Qadınları fahişəliyə cəlb edən dəstə başçısı tutuldu

qadinlari-fahiseliye-celb-eden-deste-bascisi-tutuldu
Oxunma sayı: 646

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, insan alveri ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin başçısı, Sumqayıt şəhər sakini Zeynəb Quliyeva tutulub. O qadınları Birləşmiş Ərəb Əmirliklərinə və İran İslam Respublikasına aparıb cinsi istismara məruz qoymaqda ittiham edilir.

Xatırladaq ki, o fevralın 17-də bir qrup şəxslə cinayət əlaqəsinə girib gəlir qazanmaq məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinə və İran İslam Respublikasına aparıb cinsi istismara məruz qoyması ilə əlaqədar tutulmuş Sovetnaz Quliyevanın qızıdır.

Həmcinslərini fahişəliyə cəlb edən qadının saxlanması üçün əməliyyat İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.