Qadınları Türkiyəyə aparan Güllər tutuldu

qadinlari-turkiyeye-aparan-guller-tutuldu
Oxunma sayı: 4482

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

“Qafqazinfo”nun İdarəyə istinadən məlumatına görə, iyulun 20-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü, Ağdam rayon sakini Məmmədova Güllər Kamal qızının Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.