“Qadınların bacarığı istəklə üst-üstə düşmür”

qadinlarin-bacarigi-istekle-ust-uste-dusmur
Oxunma sayı: 638

Trend-in məlumatına görə, bunu cümə axşamı "Müstəqil Azərbaycan 20 il: Dövlət, ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. "Azərbaycanda qadınların dövlət quruculuğu və ictimai fəaliyyətdə təmsilçiliyi onların istəyi ilə bağlıdır. Lakin qadınların bacarığı istəklə üst-üstə düşmür. Hazırda gender bərabərliyi dünyada ən aktual məsələlərdəndir. Azərbaycan qanunvericiliyində qadın və kişi rəqabəti üçün hüquqi baza təmin olunub. Ailə, Əmək, Cinayət məcəllələrində qadınlara münasibət öz əksini tapıb", - Muradova bildirib.

Vitse-spiker qeyd edib ki, ötən 20 il müddətində Azxərbaycanda gender bərabərliyi sahəsində uğurlar qazanılıb.

"Hazırda cəmiyyətdə iştirak və dövlət quruculuğu təmsilçiliyində qadınlarla kişilər arasında fərq yoxdur. Azərbaycanda gender bərabərliyi haqqında qanun qəbul edilib. Uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşuq. İndi Azərbaycanda əsas məsələlərdən biri məişətdə qadınlara onlara layiq olmayan münasibət göstərilməsidir. Bu münasibəti aradan qaldırmaq məqsədilə məişət zorakılığı haqqında qanun qəbul edilib", - Muradova əlavə edib.