Qadınların bunları bilmələrində fayda var

qadinlarin-bunlari-bilmelerinde-fayda-var
Oxunma sayı: 1913

Qadınları kişilərdən fərqləndirən çox xüsusiyyət var. Ancaq elə bilgilər də var ki, onları hər qadının bilməyində fayda var.

"Qafqazinfo" həmin məlumatları təqdim edir: 

1. Bir qadın gündə 62 dəfə, kişilər isə sadəcə 8 dəfə gülümsəyir. 

2. Kişilərin 74%-i ilk görüşdə xanımı cəzb etmək üçün yalan söyləyir. 

3. Rəndələnmiş limon qabığı ilə dişlərinizi fırçalasınız ləkələr gedər və dişləriniz parıladayar.

4. Tərəvəzləri duzlu suda yuyun. Bu su onları daha tez təmizləyər.

5. Soğan soymağa başlamazdan əvvəl barmaqlarınızı sirkəyə batırsanız, soğan qoxusunun əllərinizə hopmadığını görəcəksiniz.

6. Kişilər damaq dadı olan xanımları xoşlayır. Daim pəhriz saxlamağınız onları bezdirə bilər. 

7. 30 dəqiqəlik yürüş 91 kalori yandırırsa, 30 dəqiqəlik öpüş 185 kalori məhv edir. 

8. Saxsı qabdakı güllər üçün qaynadılmış yumurta suyunu qaba tökün. Siqaret kötüklərini də saxsıya qoysanız yarpaqlarda həşərat olmadığını görəcəksiniz. 

9. Kişilər ilk görüşdə çox makiyaj edən qadınları xoşlamır. Ancaq qırmızıya da qarşı çıxa bilmirlər. 

10. Uşaqlar doğulanda yalnız iki qorxu duyğusuna sahib olurlar: yıxılmaq və yüksək səs. 

11. Kişilər çəhrayı rəngə aludə olan qadınları ağıllı hesab etmirər. 

12. Şamların ömrünü uzatmaqdan ötrü onları soyuducuda saxlayın. Bu şamlar istifadə edilərkən əriyib masa örtüsündə izlər qoymayacaq. 

13. Alimlərə görə ən peşəkar yalançılar özlərindən razı insanlardır. 5 dəqiqədə təxminən 7 yalan söyləyə bilərlər. 

14. Şərab şüşələrinin qapağını asanlıqla yenidən taxmaq üçün qaynar suya atın. 

15. Bişirdiyiniz şirniyyat qəlibindən çıxmırsa, qabın altına yaş əski parçası qoyun. 

16. 1918-ci ildə qrip dünyada 21 milyon insanın ölümünə səbəb olub. 

17. Araşdırmalara görə, kişilər sadəcə itirməkdən qorxduğu qadınlarla mübahisə etmirlər. 

18. Kişilər onunla görüşə çıxarkən əlindən telefon düşməyən qadınlardan narahat olurlar. 

19. Gül kələmini qaynadarkən suya bir az süd əlavə etsəniz, qar kimi ağardığını və pis qoxu gəlmədiyini görəcəksiniz.

20. İnsan beyninə elektrik cərəyanı yeridilsə, riyazi bilikləri 6 ay müddətinə inanılmaz dərəcədə artar. 

21. Boya qoxusunun qarşısını almaq üçün iki baş soğan soyub iki yerə bölün, suyun içinə atın və boya çəkilmiş otağa qoyun.