Qadınların həsəd apardığı 2 subay aktyor qırmızı xalçada - Fotolar

qadinlarin-hesed-apardigi-2-subay-aktyor-qirmizi-xalcada
Oxunma sayı: 3282

Bu il təşkil edilən 72-ci Kann Film Festivalı davam edir. “Qafqazinfo” xəbər verir ki, festival çərçivəsində tanınmış rejissor Kventin Tarantinonun yeni “Bir gün Hollivudda” filminin təqdimatı keçirilib.

Əvvəlcə ekran işinin rejissoru, eləcə də atyorlar Leonardo Di Kaprio, Bred Pit və aktrisa Marqo Robbi qırmızı xalçadan keçib.

"Kventin böyük kinematoqraf ənənəsinin əsas nümayəndələrindən biridir", - deyə Di Kaprio bildirib.

Film tamaşaçılar tərəfindən çox bəyənilib. Onlar filmi 6 dəqiqə alqışlayıb. 

Qeyd edək ki, ekran işində hadisələr 1969-cu ildə Los-Ancelesdə cərəyan edir. Filmdə keçmiş televiziya ulduzu Rik Daltonun və onun dublyoru Klif Butun həyatından bəhs edilir.