Qadınların qeyri-adi etiraz aksiyası

qadinlarin-qeyri-adi-etiraz-aksiyasi
Oxunma sayı: 641

Müxtəlif yaş təbəqəsindən olan 250-ə yaxın qadın Beyt Şəməş şəhər meydanına toplaşaraq, bir neçə dəqiqəlik fləşmob aksiyası həyata keçirib. Qadınlar bir birindən müvafiq məsafələrdə duraraq, məşhur Queen (“Kuin”) rok qrupunun “Dont stop me now” (“Məni dayandırma”)adlı mahnı sədaları altında rəqs edib. Sinxron şəkildə əllərini yelləyən xanımlar müxtəlif rəqs hərəkətləri yerinə yetirərək möhtəşəm görüntülərə səbəb olub.

Qeyd edək ki, son zamanlar qadın haqqlarının pozulması və cinsi ayrıseçkilik İsraildə ən çox müzakirə olunan məsələlərdəndir. Ultra-mühafizəkar dindarlar çoxluq təşkil etdiyi yəhudi kənd və qəsəbələrində qadınların hüquqları məhdudlaşdırılması ölkədə böyük etirazlara səbəb olur. Belə ki, bir çox yaşayış sahələrində qadınların yad kişilərin yaxınlığından keçməsinə icazə verilmir. Qadınların avtobuslarda yalnız arxa oturacaqlarda əyləşməsinə icazə verilir. 2 həftə əvvəl azyaşlı qızın məktəbə açıq-saçıq don geyindiyinə görə ravinlərin hücumuna məruz qalması, ölkədə ultra-mühafizəçi cəmiyyətə qarşı hiddəti daha da artırıb.

anspress