“Qadınların sosial problemlərinin həllinə ictimai dəstək”

qadinlarin-sosial-problemlerinin-helline-ictimai-destek
Oxunma sayı: 663

“Qafqazinfo”nun məlumatına görə, iyunun 27-də layihənin hesabat konfransı keçirilib. Təşkilatın sədri Xanım Əhmədzadə qeyd edib ki, istənilən ölkənin iqtisadi və sosial inkişafını, əhalisinin həyat səviyyəsini müəyyən etmək üçün həmin yerin qadınına nəzər yetirməklə xeyli məlumat əldə etmək olar. Çünki, uşaq ailənin, qadın isə cəmiyyətin güzgüsüdür. Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edib. Lakin dünyanın hər bir yerində qadınları narahat edən sosial problemlər Azərbaycan qadınından da yan keçməyib.

Layihənin hüquqşünası İsaməddin Xamoyev bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi yaşından, ailə vəziyyətindən, faktiki ailə münasibətlərindən, məişətdəki davranışından, sağlamlıq durumundan asılı olmayaraq bütün qadınların maraqlarını və hüquqlarını müdafiə edir və bununla da beynəlxalq humanist aktların tələblərinə cavab verir.