Qadınlarının 4-cü konfransı bu dəfə Ağstafada

qadinlarinin-4-cu-konfransi-bu-defe-agstafada
Oxunma sayı: 637

Rayon icra hakimiyyətinin başçısı qadınların rayonun ictimai-siyası həyatındakı rolundan söhbət açaraq, cəmiyyətdə qadının böyük söz sahibi olduğunu bildirib.

Konfransda çıxış edən millət vəkili Qənirə rayon qadınlarının növbəti qurultayı ərəfəsində müzakirəyə çıxarılacaq əsas prioritet məsələlərə toxunub. O bildirib ki, cəmiyyət üçün qlobal problem olan erkən nigah, boşanmalar və narkomaniya kimi ciddi problemlərin həlli istiqamətində qadınların da bu işlərin sürətləndirilməsində əhəmiyyətli yeri var. Millət vəkili həmçinin qadınlara qarşı zorakılıq, məişət zorakılığı, ailədaxili zorakılıq kimi mənfi hallara qaraşı mübarizə istiqamətində ziyalıların, fəal xanımların bütün bölgələrdə , kəndlərdə insanların maarifləndimə işinə daha çox diqqət və vaxt ayırmağa çağırıb. Bölgələrdə, xüsusilə kəndlərdə gənc qadınlar və analar arasında tibbi maarifləndirmə məsələlərinin sürətləndirilməsinin vacibliyindən danışan Q. Paşayeva nikaha daxil olan gənclər arasında ən geci toy gününə qədər nikah qeydiyyatının aparılmasının vacibliyindən və bu sahədə ortada olan problemlərdən də danışıb.

Çıxış edən rayon qadınları müxtəlif mövzularda onları düşündürən məsələlərə toxunub, qarşılıqlı fikir mübadiləsi aparılıb. Konfransın sonunda qadınların Azərbaycan Qadınlarının 4-cü Qurultayına nümayəndələr seçilib.

Qeyd edək ki, Ağstafa rayonunda əhalinin 50%-dən çoxunu qadınlar təşkil edir. Onların 26 min 745 nəfəri əmək qabiliyyətlidir. Hazırda isə 18 min 200 nəfəri müxtəlif sahələrdə çalışır. Rayon qadınlarından 1534 nəfəri təhsil,787 nəfəri səhiyyədə, 285 nəfəri mədəniyyət, 81 nəfər dövlət qulluğunda çalışır. Qadınlardan 80 nəfəri isə bələdiyyə üzvüdür. Rayonun ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 3 şəhid qadını var.