“Qadınlığımı unudub həyatla çarpışıram” - Məleykə

“Qadınlığımı unudub həyatla çarpışıram”
Oxunma sayı: 3237

“8 sentyabr – mənim sevdiyim və məni sevindirən günüm. O gün mənim yaşamaq eşqim olan Gülərim dünyaya göz açdı. Canım, məni özün də bilmədən həyata bağladın”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb. Tanınmış aktrisa qızı Gülərin doğum gününü təbrik edib:

“Çox çətin, həyata küsdüyüm anımda gəldin, varlığınla, eşqinlə əlini mənə uzadıb ayağa qaldırdın. Dedin, “Ana, mənim sənə çox ehtiyacım var”. Nə yaxşı ki, yeri, göyü, bizləri yaradan Allah səni mənə göndərdi. 

Sənin sevinməyin üçün yaşadım. Varlığın ruhumu gəncləşdirir, gözümün içindəki parlaq işığın arxasında sən varsan. “Mənim atam anamdır” dediyin cümləni sənin dilindən çox eşitmişəm. Allah mənə ömür versin sənin xoş günlərini görüm. 

Allah səni mənə, məni də sənə çox görməsin. Bu gün 12 yaşın tamam oldu. Səni sevindirib, yaşatmaq üçün qadınlığımı unudub, kişi kimi həyatla çarpışıram”










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi